• Qarğıdalı və almalı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 25 767

Tarix : 13-06-2014, 22:51

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Balaca banka konserv olunmuş qarğıdalı
2 ədəd pomidor
2 ədəd balaca kahı
1/2 st zeytun (tumsuz halqa doğranmış)
1 ədəd alma
1/2 ədəd limon
2 x.q zeytun yağı
Duz

Hazırlanması:
Almanın qabığını soyub dilimləyib nazik doğrayırıq.
Doğranmış almanın üstünə limon suyunu töküb qarışdırırıq.
Pomidoru yuyub dörd bölüb nazik doğrayırıq.
Kahını təmizləyib yuyub əlimizlə kiçik hissələrə bölürük.
Doğranmış ərzaqları, yuyulmuş zeytunu və qarğıdalını bir qaba töküb qarışdırırıq.
Qarışığa duz və zeytun yağı əlavə edib yenə qarışdırırıq. Salatı qaba yığıb süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: zeytun, qarışdırırıq, nazik, Doğranmış, limon, yuyub, doğrayırıq, töküb, kiçik, əlimizlə, bölüb, Kahını, təmizləyib, hissələrə, yuyulmuş, yığıb, süfrəyə, veririk, olsun, Salatı
BİZİ İZLƏYİN