• Kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 40 214

Tarix : 14-06-2014, 00:11

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd orta ölçülü kartof
1 ədəd təzə yaşıl soğan
1 dəstə cəfəri
3 ədəd orta ölçülü incə qabıqlı xiyar

Sousu üçün:
1 armudu stəkan dolu zeytun yağı
1 çay qaşığı xardal
1 ədəd limon suyu
Yarım çay qaşığı duz
Qara bibər
1 çay qaşığı quru nanə
1 çay qaşığı qırmızı pul bibər

Hazırlanması:
Kartofları yaxşıca yuyub üzərini keçəcək qədər suda qaynadıb bişirin.
Bişdikdən sonra qabıqlarını soyun, doğrayıb dərin qaba alın.
Təzə soğanı və cəfərini incə doğrayın və kartofun üzərinə əlavə edin.
Xiyarları yuyun, qabıqlarmı soymadan halqa şəklində doğrayın və salata əlavə edin

Sousun hazırlanması:
Zeytun yağı,xardal, limon suyu, duz, qara bibəri dərin qabda yaxşıca qarışdırın.
Quru nanə və qırmızı pul bibəri də əlavə edib qarışdırın.
Sousu yaxşıca qarışdırdıqdan sonra salatın üzərinə səpib servis tabağına alın.

Nuş olsun!
Etiketlər: qaşığı, yaxşıca, əlavə, qırmızı, xardal, bibər, limon, doğrayın, qarışdırın, bibəri, üzərinə, dərin, sonra, Sousu, ölçülü, halqa, şəklində, salata, soymadan, yuyun
BİZİ İZLƏYİN