• Kök salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 175

Tarix : 30-10-2015, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qr hündüşka filesi
300 qr kartof
300 qr göbələk
300 qr kök
2 yumurta
150 qr soğan
Mayonez
Duz
Şüyüd (bəzək üçün)
Bitki yağı

Hazırlanması:
Qeyd olunan miqdarda ərzaqlardan siz 2 kök salatı hazırlaya biləcəksiniz.
Əvvəlcə kök və kartofu bişiririk. Fileni yumşalanadək bişirib,sonra 20 dəqiqə soyumağa qoyuruq.
Soğan və göbələyi bitki yağında qızardırıq. Duz səpirik.
Daha sonra kartof, kök, yumurta süzgəcdən keçirilir. Lay-lay bütün ərzaqlar bir-birinin üzərinə əlavə olunur. Aralarına mayonez çəkilir.
Kartofun üzərinə kök, göbələyin üzərinə file ,filenin üzərinə yumurta və s. Bu qayda ilə əlavə olunur.
Daha sonra sizə təqdim etdiyimiz fotonun köməyi ilə eyni ilə kök forması düzəltmək olar.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, sonra, əlavə, olunur, kartof, bütün, keçirilir, birinin, süzgəcdən, ərzaqlar, yağında, qoyuruq, soyumağa, Soğan, göbələyi, qızardırıq, bitki, səpirik, Aralarına
BİZİ İZLƏYİN