• Qat-qat salat resepti

Reseptin məlumatları Baxış sayı: 13939

Tarix : 1.11.2015, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
350 q kartof
150 q kök
200 q çuğundur
150 q soğan
200 q duzlu xiyar
200 q alma
3 ədəd yumurta
Mayonez
Duz

Hazırlanması:
Əvvəlcə yerkökü və kartofu bişiririk.
Çuğunduru da ayrı qabda bişiririk.
Soğan xırda doğranılır.
Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. Sonra suyunu süzün və soyuq su ilə yaxalayin ki, soyusun.
Kök də sürtkəcin xırda gözündən keçirilir.
Kartof da sürtkəcin xırda gözündən keçirilir.
Duzlu xiyar xırda doğranılır.
Yumurta sürtkəcin xırda gözündən keçirilir.
Alma da soyulub sürtkəcin xırda gözündən keçirilir.
İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə mayonez çəkirik.

2-ci qat: Kök və mayonez.
3-cü qat: Soğan əlavə olunur.
4-cü qat: Duzlu xiyar və mayonez əlavə olunur.
5-ci qat: Rəndələnmiş yumurta və mayonez.
6-cı qat: Yumurtanın üzərindən almanı rəndələyib tökürük və mayonez çəkirik.
7-ci qat: Almanın da üzərindən çuğunduru əlavə edirik. Sonra mayonezlə üzərinə naxış qoyuruq.
Salatımız hazırdır

Nuş olsun!

Etiketlər: xırda, mayonez, keçirilir, sürtkəcin, gözündən, üzərinə, xiyar, əlavə, Duzlu, olunur, üzərindən, çəkirik, qoyuruq, Soğan, Sonra, doğranılır, bişiririk, yumurta, naxış, başlayırıq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica