• Liliya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 906

Tarix : 8-11-2015, 10:00

Bölmə : Salatlar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
100 q arpa (perlova)
200 q mal əti
1 baş soğan
200 q xiyar
150 q xama
1 x.q. soya sousu
qara istiot
duz
şüyüd

Hazırlanması:
Arpanı azca duz qatılmış suda yumşalınca bişirin.
Əti suda bişirin. Hazır olana yaxın duzunu vurun.
Xiyarla soğanı, bişmiş əti doğrayın.
Ərzağı salat qabında qarışdırın. Soya sousu ilə xamanı qarışdırıb salata qatın. İstiot və göyərti əlavə edib qarışdırın.
Süfrəyə verməzdən əvvəl bir qədər soyudun.

Nuş olsun!
Etiketlər: zövqə, qaşığı, xörək, bibəri, Bolqar, mayonez, doğrayın, uzunsov, soyulmuş, yerkökü, qabığı, əlavə, toyuğun, servis, sonra, əlinizlə, olsun, bıcaqla, süzün, Sonra
BİZİ İZLƏYİN