• Rəngarəng kələm salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 102

Tarix : 3-11-2015, 17:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qram ağ kələm
150 qram qırmızı kələm
2 ədəd kök
3 ədəd göy soğan
2 qaşıq mayonez
yarım qaşıq xardal
1 yemək qaşığı alma sirkəsi
duz, istiot,

Hazırlanması:
Kələmləri yaxşıca yuyun. Suyu süzüldükdən sonra uzun, amma ensiz şəkildə doğrayın. Kökləri rəndədən keçirin. Daha sonra göy soğanı xırda-xırda doğrayın. Böyük bir qabda hamısını qarışdırın. Mayonezi, sirkəni, xardalı duz və istiotu əlavə edin. Bu qarışımı salata əlavə edib yaxşıca qarışdırın. Salatınız hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, yaxşıca, qarışdırın, xırda, qaşıq, doğrayın, kələm, hamısını, soğanı, Böyük, qabda, xardalı, Salatınız, hazırdır, olsun, salata, qarışımı, sirkəni, keçirin
BİZİ İZLƏYİN