• Rəngli salat resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 418

Tarix : 23-11-2015, 15:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
200 q pekin kələmi
200 q xiyar
100 q yerkökü
0.5 banka qarğıdalı konservi
kahı
duz
bitki yağı

Hazırlanması:
Pekin kələmini axar suda yuyun. Taxtanın üstünə qoyub iri kvadratlara bölün.

Xiyarın qabığını soymaya da bilərsiniz. Xırda kubik doğrayın.

Yerkökünün qabığını soyun. Xırda kubik doğrayın. Sürtgəcin iri gözündən də keçirə bilərsiniz.

Kahı yarpaqlarını da yuyub əlinizlə iri doğrayın.

Bütün ərzağı salat qabında qarışdırın, bitki yağı, duz-istiot vurun.

Rəngli salat resepti - FOTO RESEPT

Rəngli salat resepti - FOTO RESEPT

Rəngli salat resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, Xırda, bitki, qabığını, bilərsiniz, kubik, gözündən, keçirə, Yerkökünün, yarpaqlarını, soyun, Sürtgəcin, əlinizlə, istiot, vurun, olsun, qarışdırın, qabında, Bütün, ərzağı
BİZİ İZLƏYİN