• Gertruda salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 217

Tarix : 21-11-2015, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd kərəviz kökü
150 q toyuq filesi
0.5 limon
1-2 diş sarımsaq
ananas konservi
duz
istiot
mayonez

Hazırlanması:
Kərəviz kökünü soyun, sürtgəcin xırda gözündən (yaxud koreya üsulu yerkökü üçün olan sürtgəcdən) keçirin. Üzərinə limonun yarısının şirəsini gəzdirib qarışdırın.

Toyuq ətini suda bişirib soyudun, doğrayın, yaxud didin.

Ananası kubik doğrayın.

Sarımsağı əzib mayonezlə qarışdırın. Duz-istiot vurun.

Bütün ərzağı qarışdırıb salat qabına yığın.

Gertruda salatı resepti - FOTO RESEPT

Gertruda salatı resepti - FOTO RESEPT

Gertruda salatı resepti - FOTO RESEPT

Gertruda salatı resepti - FOTO RESEPT

Gertruda salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, qarışdırın, doğrayın, yaxud, didin, soyudun, ətini, şirəsini, gəzdirib, Toyuq, Ananası, bişirib, Sarımsağı, salat, qabına, yığın, olsun, qarışdırıb, ərzağı, yarısının
BİZİ İZLƏYİN