• Göy pomidor salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 984

Tarix : 29-02-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq göy pomidor
1 kq yerkökü
1 kq baş soğan
1 kq bolqar bibəri
100 q iri duz
300 q şəkər tozu
400 ml bitki yağı
200 ml sirkə

Hazırlanması:
Tərəvəzi yuyub-təmizləyin.
Pomidor, soğan və bibəri halqa doğrayın, yerkökünü sürtgəcdən keçirin, üzərinə duz və şəkər tozu səpib 1 gecə saxlayın. Şirəsi çıxacaq.

Sabahı gün ocağın üstə qoyun, qaynara düşəndə 400 q bitki yağı əlavə edin, 15 dəqiqə qaynayandan sonra götürün, 200 q sirkə əlavə edin.

Sterilizə edilmiş bankalara yığıb bağlayın.

Soyuq yerdə saxlayın. Qışda həm salat, həm də şorbalara əlavə kimi istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, sirkə, bibəri, saxlayın, bitki, soğan, götürün, Sterilizə, sonra, edilmiş, düşəndə, bankalara, qaynayandan, dəqiqə, yerdə, şorbalara, istifadə, bilərsiniz, olsun
BİZİ İZLƏYİN