• Krevetka salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 607

Tarix : 21-02-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
150 q çerri pomidoru
10 ədəd bildirçin yumurtası
3 dilim ağ çörək
200 q kral krevetkası
kahı
2 x.q. soya sousu
təzə zəncəfil
zeytun yağı
2 diş sarımsaq
50 q parmezan pendiri

Hazırlanması:
Öncə suxarıları hazırlayın. Sarımsağı əzib yağla qarışdırın.

Çörəyi xırda kubik doğrayın.

Sarımsaqlı yağda qızılı rəng alanadək qovurun.

Krevetkalar üçün öncə marinad hazırlayın. Zəncəfili sürtgəcdən keçirin, 1 diş sarımsağı əzin, bunları soya sousu ilə qarışdırın.

Bu sousu krevetkaların üzərinə töküb 15 dəqiqə saxlayın.

Tavanı qızdırın. Krevetkaları içinə düzün, marinadı da üzərinə tökün. Sous qaynayanadək bişirin.

Krevetkaları çıxarın, marinadı isə qatılaşanadək bişirin (bu, salatın sousu olacaq).

Salat qabına kahı yarpaqları döşəyin.

Pomidorları doğrayıb kahının üstündən düzün.

Bişmiş bildirçin yumurtalarını yarı bölün.

Suxarıları səpin.

Krevetkaları düzün.

Üzərinə sousu gəzdirib parmezan səpin.

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT

Krevetka salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sousu, düzün, Krevetkaları, bişirin, parmezan, qarışdırın, səpin, üzərinə, hazırlayın, bildirçin, marinadı, çıxarın, salatın, qatılaşanadək, qaynayanadək, içinə, saxlayın, dəqiqə, Tavanı, qızdırın
BİZİ İZLƏYİN