Tərkibi:300 q can əti
500 q göy maş lobyası
kərə və bitki yağı (qızartmaq üçün)
1 dəstə keşniş
0,5 baş soğan
marinad:5-6 x.q. soya sousu
3 ç.q. düyü (və ya balzamik) sirkəsi
1 ç.q. bal
2 x.q. bitki yağı
çili istiotu (təzə və ya qurudulmuş)
Hazırlanması:Can ətini iti odda kərə və bitki yağlarının qarışığında qızardın. Sonra 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. (Ət parçası böyükdürsə, təbii ki, bişmə vaxtı da uzanacaq).
Lobyanı 5 sm uzunluqda doğrayın, qaynayan duzlu suya 0,5 ç.q. soda, arxasınca lobyanı əlavə edərək 7-8 dəqiqə bişirin, suyunu süzün, buzlu suya qoyun, yenə suyunu süzün.
Göstərilən ərzaqdan marinad hazırlayın.
Əti doğrayın, qaba yığın, marinad qatıb qarışdırın.
Lobyanı əlavə edib qarışdırın.
Nazik doğranmış soğanla xırda doğranmış keşniş səpin.
Həm hazırlayan kimi, həm də bir neçə saat soyuducuda saxlayandan sonra süfrəyə vermək olar.
Nuş olsun!
Etiketlər: marinad, bitki, bişirin, doğrayın, əlavə, süzün, doğranmış, qarışdırın, dəqiqə, suyunu, Lobyanı, keşniş, hazırlayın, ərzaqdan, yığın, qatıb, Göstərilən, buzlu, soğan, edərək