• Suxarılı yay salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 657

Tarix : 27-11-2015, 11:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q toyuq filesi
2-3 pomidor
2-3 bolqar bibəri
2 təzə xiyar
80 q çovdar suxarısı
150 q bərk pendir
mayonez - zövqə görə
1 diş sarımsaq

Hazırlanması:
Toyuq ətini suda bişirin, xırda doğrayın (didə də bilərsiniz). Salat qabının dibinə döşəyin.
Pomidoru kubik və ya saman kimi doğraya bilərsiniz. Sarımsağın yarısını əzib bir qabda doğranmış pomidor və azacıq mayonezlə qarışdırın. Bu qarışığı toyuq ətinin üstündən döşəyin (əgər pomidorun suyu çox çıxıbsa, onu əvvəlcədən süzün).
Bolqar bibərini xırda doğrayın. Sarımsağın qalanını da əzib bibər və mayonezlə qarışdırın. Bunu pomidorların üstündən döşəyin.
Xiyarı kubik doğrayıb bibərin üstündən döşəyin. Sonuncu lay suxarılardır. Onun üzərinə nazik qat mayonez çəkin. Pendiri sürtgəcdən keçirib salatın üstünə səpin.
Salatı soyuducuda 1 saat saxlayın.

Nuş olsun!
Etiketlər: döşəyin, üstündən, bilərsiniz, xırda, kubik, Sarımsağın, qarışdırın, mayonezlə, mayonez, doğrayın, pomidor, toyuq, saxlayın, bibər, Xiyarı, soyuducuda, qalanını, pomidorların, Bolqar, əvvəlcədən
BİZİ İZLƏYİN