• Azərbaycan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 198

Tarix : 13-06-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 1-2


Tərkibi:
60 qram təzə pomidor
45 qram təzə xiyar
15 qram yaşıl soğan
20 qram baş soğan
40 qram qırmızı turp
10 qram şüyüd
30 qram xama
Təzə bibər ( qırmızı rəngdə olsa daha yaxşı olar)
Duz (zövqə görə)
İstiot (zövqə görə)
Yaşıl kahı yarpağı (bəzək üçün)
Motal pendiri (istəyə görə)
Təzə yaşıl nanə (istəyə görə)

Hazırlanması:
Azərbaycan salatı hazırlamaq üçün ərzaqlar: pomidor, xiyar, yaşıl soğan, qırmızı turp, şüyüd, bibər bol su ilə təmiz yuyulur. Şüyüd və soğan yapraplarında torpaq hissəcikləri qalmaması üçün əvvəlcədən içərisində su olan bir qabda gözlədilməsi məsləhətdir.

Təmiz yuyulan tərəvəzlər suyunu çəkməsi üçün süzgəcdə biraz gözlədilir.

Bundan sonra təzə pomidor, xiyar və bibər nazik dairə şəklində doğranılır. Doğranılan tərəvəzlər geniş bir qaba qoyulur.

Təmiz yuyulan göy soğan kiçik – kiçik doğranılır. Doğranmış tər soğan, əvvəlcə doğradığımız pomidor, xiyar, bibərlərin ortasına tökülür.

Bundan sonra sıra gəldi baş soğana. Baş soğanın qabıqları təmizlənir. Qabıqları təmizlənən baş soğan fal – fal halqavari doğranır. Halqavari doğranılan baş soğan dilimləri də pomidor, xiyar, bibər və yaşıl soğanların üzərinə səliqəli bir şəkildə düzülür. Bundan sonra

üzərinə istiot, duz vurulur. Sonra isə salata ən üsttən xama əlavə edilir.

Salat demək olar ki hazırdır.

Bundan sora əvvəlcədən yuyub suyunu süzdüyümüz yaşıl şüyüdlər ayırtlanır və kiçik – kiçik doğranılır. Kiçik – kiçik doğranılan şüyüd parçaları, xamanın üzərindən salata səpilir.

Salatı bəzəmək üçün yanlarını yaşıl kahı yarpağı ilə bəzədilir.

Qeyd: Bəzən Azərbaycan Salatı hazırlayarkən, içərisinə iri – iri doğranmış motal pendiri və təzə nanə də əlavə edilir. Bu tamamən salatı hazırlayan və istehlak edən şəxslərin ağız dadına və zövqünə bağlı bir seçimdir.

Nuş olsun!
Etiketlər: soğan, yaşıl, xiyar, pomidor, kiçik, bibər, Bundan, doğranılır, sonra, şüyüd, qırmızı, yuyulan, tərəvəzlər, salatı, salata, edilir, əlavə, Təmiz, Azərbaycan, əvvəlcədən
BİZİ İZLƏYİN