• Nərgiz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 494

Tarix : 14-06-2016, 11:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq əti: 200 qram
Baş soğan: 2 ədəd
Göbələk : 300 qram
Kartof (suda qaynadılmış): 2 ədəd
Pendir (ağ rəngli holland pendiri də olar): 200 qram
Kök (suda qaynadılıb bişirilmiş): 2 ədəd
Mayonez: aldığı qədər
Xama: aldığı qədər
Göyərti: Zövqə görə
Duz: Zövqə görə
İstiot: Zövqə görə

Bəzək üçün:
Yumurta

Hazırlanması:
Nərgiz Salatı hazırlamaq üçün əvvəlcə baş soğanları soyun. Soğanları soyduqdan sonra bu baş soğanlardan birini doğrayın və əvvəlcədən təmiz yuyulub suyunu çəkən göbələklə bir tavada qızardın. Göbələklərin içərisində torpaq hissəciklərinin qalmaması, təmiz olması üçün yuduqdan sonra geniş bir qaba su qoyun və göbələkləri bu suda biraz gözlədin. Bundan sonra yenidən yuyun və suyunu çəkməsi üçün süzgəcdə gözlədin.

İki ədəd kartof və iki ədəd kök də suda qaynadılır və qabıqları soyulur.

Kartoflar qabıqları soyulduqdan sonra əzilir və sürtgəcdən keçirilir.

Bundan sonra qabıqları soyulan bişmiş köklər də əzilir və sürtgəcdən keçirilir.

Kartof və kök sortgəcdən keçirildiyi zaman, içərisində iri parçalar qalmır. Hamısı əzilmiş olur. Bu zaman salat daha səliqəli çıxır.

Toyuq əti suda bişirilir və bişmiş ət didilib salat üçün hazırlanır.

Bundan sonra bir boşqabın dibinə əvvəlcədən bişirib, didilib hazırladığımız toyuq əti düzülür.

Didilmiş toyuq ətinin üzərindən lay – lay əzilib sürtgəcdən keçirilmiş kartof və kökü də düzürük. Bu zaman layların arasına mayonez vururuq. Salatın ən yuxarısına isə yağda qızardılmış soğan və göbələk qızartmasını vururuq.

Bunların üzərini də mayonez və xama ilə yaxşıca örtürük.

Ağ və ya holland pendirini də rəndədən keçiririk. Pendir qırıntılarını da salatın üzərinə səpirik.

İndi isə sıra gəldi salatın bəzədilməsinə.

Bunun üçün kökü suda bişiririk. Sonra bu suda bişmiş kökləri nazik halqa formasında kəsirik. Bu kök halqalarının ortasını ehtiyatla çıxardırıq.

İçi çıxardılmış kökləri nərgiz gülü kimi düzürük. Çiçəklərin saplaqları üçün isə göy soğandan istifadə edirik.

Suda qaynattığımız kökdən hazırladığımız nərgiz gülünün ləçəklərinin içərisindəki boşluğu bəs necə edək?.

Nərgiz gülü ləçəklərinin içərisini doldurmaq üçün yumuranı suda qaynadırıq. Qaynayıb bişən yumurtaların qabıqlarının rahat soyulması üçün isti – isit soyuq suya tuturuq. Yumurtaların qabıqlarını soyuruq. Ağını ayırırıq. Yumurtaların sarısını rürtkəcdən keçiririk. Bu əzdiyimiz yumurta sarıları ilə bişmiş kökdən hazırladığımız nərgiz güllərinin ləçəklərinin boşluqlarını doldururuq.

Nuş olsun!
Etiketlər: sonra, bişmiş, zaman, Zövqə, qabıqları, hazırladığımız, sürtgəcdən, ləçəklərinin, Bundan, nərgiz, əvvəlcədən, təmiz, Toyuq, didilib, kartof, əzilir, salat, suyunu, kökləri, gözlədin
BİZİ İZLƏYİN