• Yumurtalı, qatıqlı kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 451

Tarix : 14-06-2016, 13:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
7 dənə bişmiş kartof,
4 ədəd bişmiş yumurta,
1 kasa sarımsaqlı qatı qatıq,
Duz,

Üzəri üçün:
Kərə yağı və toz qırmızı bibər,

Hazırlanması:
Kartofları təmiz yuyub bişirin.
Yumurtaları da yuyub bişirin.
Bişirdiyiniz kartofları soyub küp-küp doğrayın. Doğradığınız kartofları servis tabağına yığın və üzərinə duz səpin.
Yumurtaları yuvarlaq halda doğrayın.
Yumurtaları da kartofların üzərinə düzüb duz səpin. Qızartdığınız və içinə bibər əlavə etdiyiniz kərə yağını kartof yumurtanın üzərinə əlavə edin.
Bir azca yağ saxlayın .
Qatığı soyumuş kartofların üzərinə tökdükdən sonra qalan yağı da qatığın üzərinə gəzdirin.
Artıq salatınızı servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, Yumurtaları, bişirin, yuyub, servis, kartof, kartofları, doğrayın, bişmiş, bibər, səpin, əlavə, kartofların, Qatığı, yağını, yumurtanın, saxlayın, etdiyiniz, tökdükdən, Artıq
BİZİ İZLƏYİN