• Toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 991

Tarix : 15-06-2016, 20:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
400 qram hisə verilmiş toyuq
100-150 qram qara gavalı
100 qram qoz ləpəsi
2 ədəd kök
4 ədəd kartof
4 ədəd yumurta
300 qram pendir
250 qram şampinyn göbələyi
duz, mayonez
1 x.q. bitki yağı
1-2 ədəd təzə xiyar
3 x.q. qoz ləpəsi

Hazırlanması:
Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin.

Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın.

Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun.

Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın.

Pendiri sürtkəcin xırda gözündən keçirin.

Hisə verilmiş toyuğu xırda tikələrə bölün.

Qoz ləpəsini blenderdən keçirin.

Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:
1-ci lay: kök, duz, mayonez
2-ci lay: pendirin yarısı
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın yarısı (2 ədəd)
4-cü lay: kartofun yarısı, duz, mayonez
5-ci lay: qoz ləpəsinin yarısı
6-cı lay: qara gavalı
7-ci lay: hisə verilmiş toyuq, mayonez
8-ci lay: qızardılmış şampinyon
9-cu lay: qoz ləpəsi
10-cu lay: kartof, duz, mayonez
11-ci lay: 2 ədəd yumurta
12-ci lay: pendir

Salatın üzərinə nazik doğranılmış xiyar düzüb, qoz ləpəsi səpərək cəfəri yarpağı və mərcanı giləmeyvəsi ilə bəzəyin.
Salatı 4 saat ərzində soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: xırda, mayonez, keçirin, yarısı, ləpəsi, verilmiş, gözündən, sürtkəcin, bitki, xiyar, doğrayın, pendir, toyuq, gavalı, kartof, ərzində, yumurta, sürtkəcdən, kartofun, ləpəsinin
BİZİ İZLƏYİN