• Qızılgül salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 988

Tarix : 20-06-2016, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq əti-300 qr.
Kortof-2 ədəd
Kök-1 ədəd
Yumurta-4 ədəd
Göy soğan
Cəfəri
Mayonez

Hazırlanması:
Toyuq əti və soğan doğranıb qarışdırılır.Bişmiş kortof sürtkəcdən keçirilir.Boşqaba bir lay toyuq,bir lay kortof səpilir,üzərinə mayonez çəkilir.Bişmiş kök də sürtkəcdən keçirilir,birlay səpilir,yenə mayonez sürtülür və qaynadılmış yumurta sürtkəcdən keçirilib yenə mayonez çəkilir.

İndi isə “Qızılgüllər” üçün bilinilər hazırlayaq.

Tərkibi:
Yumurta-1 ədəd
Süd-1/3
Su-1/3
Un-2x/q
Bitki yağı-1/2 ç/q.
Duz.

Hazırlanması:
Bütün ərzaqlar mikserlə çalınıb 4-5 blini lavaşı hazırlanır.Mayonezə çuğundur şirəsi əlavə edilib qarışdırılır və blini lavaşlarına çəkilir.Hər iki üzü yaxşıca rənglənir.Rulet formada bükülür və 2-3 hissəyə bölünür,səliqə ilə salatın üzərinə yerləşdirilib aralarına cəfəri yarpaqları qoyularaq bəzədilir.

Nuş olsun!
Etiketlər: mayonez, sürtkəcdən, çəkilir, kortof, Bişmiş, səpilir, blini, qarışdırılır, keçirilir, üzərinə, Toyuq, soğan, Yumurta, Hazırlanması, lavaşlarına, yaxşıca, rənglənir, Rulet, edilib, əlavə
BİZİ İZLƏYİN