• Manqal salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 555

Tarix : 21-06-2016, 13:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
badımcan – 2 ədəd
pomidor – 3 ədəd
bolqar bibəri – 1 ədəd
soğan – 1 baş
cəfəri – 1 dəstə
reyhan (yaşıl və bənövşəyi) – 1 dəstə
duz, istiot – zövqə görə
zeytun yağı – zövqə görə
sarımsaq – zövqə görə (olmasa da olar)

Qeyd: Hiss iyi bu salatın özəl xüsusiyyətlərindəndir.

Hazırlanması:
Badımcan, pomidor və bibəri kabab edin (tez-tez çevirə-çevirə açıq alovda bişirin). Bişmiş badımcanı soyuyana kimi soyuq və çox duzlu suda saxlayın. Ehtiyatla qabığını soyun. Qaba dikinə söykəyin ki, acı suyu axsın. Badımcanları iri dördbucaq formasında doğrayın. Pomidorların və bibərin qabığını soyun. Pomidor, soğan, bibər, cəfəri, reyhan və sarımsağı doğrayın. İstəkdən asılı olaraq salata acı bibər, şüyüd, nanə və s. qatmaq olar. Sonda duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Çox yüngül və dadlı salatdır.

Nuş olsun!
Etiketlər: zövqə, istiot, çevirə, zeytun, bibər, doğrayın, reyhan, dəstə, pomidor, soyun, qabığını, bibəri, cəfəri, soğan, İstəkdən, sarımsağı, Pomidor, dördbucaq, Badımcanları, formasında
BİZİ İZLƏYİN