• Futbol topu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 085

Tarix : 17-06-2016, 18:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
200 q sevdiyiniz balıq növü (qeyd edim ki, bu ətdən və toyuqdan da hazırlana bilər)
400 q qaynadılmış kartof
300 q pomidor
2 ədəd yumurta
2 ədəd balaca soğan ya da göy soğanın saplağı
Duz
Mayonez

Üzərini bəzəmək üçün:
3 ədəd yumurtanın ağı
Zeytun
Göyərti

Hazırlanması:
Balığı qızartdıqdan sonra qoyun qırağa, azca soyusun, sümüksüz yerindən salat üçün ayırırıq, çəngəllə gördüyünüz kimi açırıq.
Pomidoru dördkünc formada doğrayırıq, kartofu, yumurtanı da doğrayırıq.
Soğanı nazik-nazik, halqa şəklində doğrayıb hamısını bir qaba əlavə edirik ,azca duz və mayonez vururuq.
İndi salatı bəzəməyə başlayaq, hazırladığımız qarışıqdan təpə düzəldirik.
Yumurtanın ağını xırda-xırda doğrayırıq, təpənin üzərinə əlavə edirik.
Zeytunları da xırda-xırda doğrayırıq və topun üzərindəki qara rəngli dairələri düzəldirik, sonunda isə göyərtidən qabın qıraqlarına yığırıq.

Nuş olsun!
Etiketlər: xırda, doğrayırıq, əlavə, nazik, düzəldirik, edirikazca, qıraqlarına, hamısını, mayonez, vururuq, bəzəməyə, salatı, doğrayıb, şəklində, kartofu, olsun, yumurtanı, Soğanı, halqa, yığırıq
BİZİ İZLƏYİN