• Tbilisi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 436

Tarix : 19-06-2016, 18:00

Bölmə : Salatlar

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 banka konservləşdirilmiş qırmızı lobya
200-250 qr qaynadılmış mal əti və ya toyuğun döş əti (mal ətidirsə 300 qr yağsız yerindən götürüb, duzlu suda qaynadırıq)
1 ortaboy qırmızı baş soğan
Acı bibərin yarısı
1 ədəd qırmızı bolqar bibəri
2-3 diş sarımsaq
50 qram qoz ləpəsi
Keşniş
Qara istiot
Xmeli-suneli (ədviyyatı) zövqə görə
Narın xörək duzu

Üzəri üçün:
Zeytun yağı və üzüm sirkəsi.

Hazırlanması:
Əvvəl soğan yarı halqa şəklində doğranılır. Əgər soğan acı və suludursa, soğanı 2 dəqiqəliyə qaynar suda saxlamaq məsləhətdir. Bibərin içini təmizləyib, doğrayırıq. Ət dördkünc şəkildə doğranır, acı bibər və sarımsaq da təmizlənib doğranır (sarımsağı sürtgəcdən də keçirə bilərsiniz). Lobyanın suyu süzülür, yuyulur.
Bir qaba soğan, ət, bibər, sarımsaq, doğranmış kişniş, quru tavada qızardılmış qoz ləpəsi əlavə edib qarışdırılır. Zövqə görə duz, istiot, xmeli-suneli əlavə edilir.
4-5 xörək qaşığı zeytun yağına bir xörək qaşığı sirkə qatılır.
Salata əlavə edilir və qarışdırılır.

Nuş olsun!
Etiketlər: soğan, əlavə, qırmızı, xörək, sarımsaq, istiot, doğranır, ləpəsi, suneli, bibər, qarışdırılır, edilir, qaşığı, Bibərin, sürtgəcdən, məsləhətdir, keçirə, sarımsağı, saxlamaq, təmizlənib
BİZİ İZLƏYİN