• Kələm salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 447

Tarix : 25-06-2016, 09:00

Bölmə : Salatlar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Bir ədəd balaca kələm, təxminən yarım kilo – nazik və uzun-uzun doğrayın
1 xörək qaşığı duz
1 ədəd alma – qabığını soyun və kibrit şəklində doğrayın
3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
zövgə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)
zövgə görə limon suyu
zövgə görə duz
zövgə görə istiot
bir çimdik şəkər tozu (zəruru deyil)
üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə

Hazırlanması:
Kələmi bir kasaya qoyub üstünə duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.
Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin.

Nuş olsun!
Etiketlər: zövgə, üstünə, limon, qoyun, zeytun, istiot, şəkər, qoyub, Sonra, kasaya, kələmi, xörək, təxminən, doğrayın, qaşığı, kələm, səpin, dəqiqəlik, verin, olsun
BİZİ İZLƏYİN