Tərkibi:150 qr bişmiş duzsuz və ədviyyatsız mal əti
300 qr turp
50-70 qr baş soğan
2 xörək qaşığı bitki yağı
100 qr mayonez
2 ədəd bərk bişirilmiş yumurta
Hazırlanması:Soganı nazik dairəvi şəkildə doğrayın və yağda qızardın, artıq yağını süzün.Turpu yuyub nazik dilimlərlə doğrayın, qurulayın. Bişmiş əti də nazik dilimlərlə doğrayın.Bütün bunları qarışdirin və mayonez əlavə edib duzlayıb istiotlayın.
onra boşqaba təpə şəklində yerləşdirin.Yumurtanı təmizləyib ortadan bölün.Yumurtanın sarısını çıxardıb 1.5 hissəsini sürtgəcdən keçirin və salatın üstünə əlavə edin.Qalan yarim yumurta sarısını salatın üstündə ortada yerləşdirib ətrafına yumurta ağından kəsilmiş nazik dilimləri elə düzün ki çobanyastığı çıçəyinin formasını alsin.
Nuş olsun!
Etiketlər: nazik, yumurta, doğrayın, dilimlərlə, salatın, sarısını, mayonez, əlavə, sürtgəcdən, hissəsini, keçirin, ozbek, Qalan, üstünə, çıxardıb, təmizləyib, Yumurtanı, ortadan, bölün