• Yaşıl mərci salatı resepti

Reseptin məlumatları Baxış sayı: 27 412

Tarix : 14-07-2016, 15:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd acı bibər turşusu
1 ədəd limon suyu
1 çay qaşığı nar turşusu
1 çay qaşığı sirkə
1-2 yemək qaşığı zeytun yağı
Duz
1 su stəkanı yaşıl mərci
1 su stəkanı bulqur
2 ədəd uzun bibər
2 ədəd közlenmiş qırmızı bibəri
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
2 ədəd böyük yerkökü
5-6 budaq təzə soğan
200 q pörtləmiş qarığdalı

Hazırlanması:
Yaşıl mərcini yuyub ilıq su içində 1 saat saxlayın
Sonra suyunu süzüb bol su da yuyaq və yüngül diri qalacaq şəkildə qaynadın
Bulquru yuyub 1 stəkandan bir az çox su və bir neçə damcı yağı içinə əlavə edib qaynadaq
Suyunu çəkən bulquru soyumağa qoyun.
Yerkökünü kup şəklində doğrayıb yüngül diri qalacaq şəkildə 5 dəqiqə qaynadın.
Daha sonra suyunu süzüb soyumağa qoyun
Uzun bibəri, közlənmiş qırmızı bibəri, cəfəri, şüyüdü, təzə soğanı və turşuları nazik incə doğrayın.
Bütün bir qaba alıb yaxşıca qarışdırın.
Ən sonda duzunu və sirkəsini əlavə edin.

Nuş olsun!
Etiketlər: qaşığı, bibəri, qoyun, soyumağa, cəfəri, dəstə, şəkildə, əlavə, yuyub, yüngül, qalacaq, qaynadın, süzüb, suyunu, qırmızı, yarım, turşusu, stəkanı, bibər, damcılladanda
BİZİ İZLƏYİN