Tərkibi:3 yetişmiş şaftalı
tərə
1 fincan təzə qaragilə
badam
50 q keçi pendiri (sevmirsinizsə - motsarella)
sous:
4 x.q. zeytun yağı
2 x.q. bəyaz, yaxud qızılı balzamik sirkə
1 ç.q. bal
duz
qara istiot
Hazırlanması:Sous üçün olan ərzağı bankaya yığın, qapağını bağlayıb bankanı silkələyin.
Şaftalıları yuyub iki bölün, dənəsini çıxarın. Şaftalıların kəsik olan tərəfinə sous gəzdirin. Qrildə 5 dəqiqə qızardın. Otaq temperaturunadək soyudub hərəsini iki yerə bölün.
İri salat qabına tərə, şaftalı, qaragilə, badam və doğranmış keçi pendirini qoyun. Üzərinə sousu gəzdirib səliqəylə qarışdırın. Dərhal da süfrəyə verin.
Nuş olsun!
Etiketlər: qaragilə, şaftalı, badam, bölün, temperaturunadək, qızardın, soyudub, hərəsini, salat, dəqiqə, Qrildə, tərəfinə, Şaftalıların, qabına, gəzdirin, kəsik, pendirini, Dərhal, qarışdırın, süfrəyə