• Rus salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 426

Tarix : 25-07-2016, 12:00

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 x.q. göy noxud
1 yerkökü
1 kartof
4 xırda xiyar turşusu (kornişon)

mayonez:
1 st. bitki yağı
1 limonun şirəsi
1 yumurtanın sarısı
1 x.q. un
1 armudu st. su
duz

Hazırlanması:
Mayonez üçün: su və unu qarışdırıb iti odda qarışdıraraq bişirin. Ocaqdan götürüb soyudun. Duz və yumurta qatıb çalın. Az-az bitki yağı və limon şirəsini qataraq qatılaşanadək çalın.

Yerkökü və kartofu suda bişirin, kubik doğrayın. Xırda doğranmış xiyar turşusu, göy noxud və mayonezi qatıb qarışdırın. Boşqaba kahı yarpaqları düzüb salatı üzərinə qoyun. Salatı bişmiş yumurta və zeytunla bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bişirin, yumurta, qatıb, noxud, bitki, çalın, xiyar, turşusu, yarpaqları, qarışdırın, Boşqaba, mayonezi, Xırda, kartofu, kubik, doğrayın, doğranmış, düzüb, zeytunla, bəzəyə
BİZİ İZLƏYİN