• Alma salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 580

Tarix : 30-07-2016, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yaşıl alma
1 yerkökü
1 dəstə kahı
3-4 qoz
50 q boranı, yaxud günəbaxan tumu
0,5 limonun şirəsi
1 x.q. zeytun yağı
1 ç.q. balzamik sirkə
1 ç.q. alma sirkəsi
keşniş
duz
qara istiot

Hazırlanması:
Sürtgəcin iri gözündən alma ilə yerkökünü keçirin, üzərinə limon şirəsi sıxıb qarışdırın.
Qozu quru tavada azca qovurub, həvəngdəstədə əzin.
Sous: zeytun yağı, balzamik və alma sirkələrini qarışdırın.
Kahını doğrayın, alma, yerkökü, qozla qarışdırın, duz-istiot vurun, sous qatıb qarışdırın.
Qaba yığıb boranı tumu və doğranmış keşniş səpin.

Alma salatı resepti - FOTO RESEPT

Alma salatı resepti - FOTO RESEPT

Alma salatı resepti - FOTO RESEPT

Alma salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, zeytun, keşniş, istiot, şirəsi, balzamik, yerkökü, boranı, Kahını, tavada, sirkələrini, həvəngdəstədə, doğrayın, qovurub, səpin, yığıb, doğranmış, vurun, qozla, qatıb
BİZİ İZLƏYİN