• Meyvəli salat resepti

Reseptin məlumatları Baxış sayı: 18 633

Tarix : 2-07-2014, 23:09

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 şaftalı
1 armud
100-150 qram yemiş
100 qram üzüm
Böyürtkən
Dondurma (plombir və yaxud krem-brüle) və ya portağal şirəsi

Hazırlanması:
Meyvələri yuyub, qurulayın.
Şaftalını dilimləyin. Üzüm dənələrini iki hissəyə bölün. Armudu uzununa nazik-nazik dilimləyin.
Qovunu yarı kəsib, xüsusi qaşıqla içindən girdə kündələr çıxarın.
Sonra boşqabda doğranılmış meyvələri düzüb, üzərindən böyürtkən və dondurma yerləşdirin.
İstəsəniz dondurmanın əvəzinə meyvələrin üzərindən portağal şirəsi gəzdirin.

Nuş olsun!

Etiketlər: şirəsi, dilimləyin, üzərindən, portağal, nazik, boşqabda, doğranılmış, meyvələri, düzüb, Sonra, çıxarın, içindən, girdə, kündələr, şaftalı, böyürtkən, meyvələrin, gəzdirin, olsun, əvəzinə
BİZİ İZLƏYİN