• Marinə edilmiş albuxarı ilə toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 9469

Tarix : 6.08.2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
200 q toyuq filesi
100 q kahı yarpağı
1 budaq kərəviz
1 qırmızı soğan
0,5 yaşıl turşməzə alma
12-14 qara gavalı
duz
istiot (qara, ağ, qırmızı - zövqə görə qarışıq)
kəklikotu
1-2 x.q. sidr qozası (dolmalıq fıstıq)

qara gavalı üçün marinad:
2 x.q. zeytun yağı
1 ç.q. bal
50 ml üzüm sirkəsi
50 ml su

Hazırlanması:
Əvvəlcə gavalını marinə etmək lazımdır. Sirkə ilə suyu qarışdırın, yağ və 1 çimdik kəklikotu qurusu əlavə edin.
Ocağın üstünə qoyun, qaynara düşəndə gavalıları əlavə edin, 2 dəqiqə qaynadıb götürün. Bal qatıb qarışdırın, soyudun. Dadına baxın, lazım gələrsə əlavə bal, yaxud sirkə qatın.
Toyuq filesini ya sobada bişirin, ya da suda. Soyudub doğrayın.
Kahı yarpaqlarını yuyub suyunu süzün. Soğanı nazik yarımhalqa doğrayın, alma ilə kərəvizi də nazik dilimləyin.
Qaba kahı yarpaqlarını düzün, kərəviz, soğan və almanı qoyun. Toyuq ətini əlavə edin. İstiot qarışığını səpin. Duz da əlavə edə bilərsiniz. Gavalıları düzün. Marinadı salatın üzərinə gəzdirib fıstıq səpin.

Nuş olsun!

Etiketlər: əlavə, səpin, Toyuq, qarışdırın, kəklikotu, fıstıq, düzün, gavalı, doğrayın, nazik, yarpaqlarını, qoyun, kərəviz, soğan, qırmızı, yuyub, Soyudub, filesini, gələrsə, lazım
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN