• Prestij pəhriz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 220

Tarix : 8-07-2014, 20:03

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq qabaq
1,5 kq bolqar bibəri
2-2,5 kq pomidor
0,5 kq baş soğan
1 st. bitki yağı
2-2,5 x.q. duz
3-4 x.q. şəkər tozu
1 ç.q. sirkə esensiyası
1/2 ç.q. qara istiot
1 st. qaynanmış su

Hazırlanması:
Qabaqların dənəsini artlayıb qabığını soyun, iri kublar şəklində doğrayın.
Tavaya azca su və bitki yağı tökün, qabaqları əlavə edərək 10 dəqiqə ərzində qaynadın.
Soğanı və bolqar bibərini uzun nazik doğrayıb ayrı-ayrılıqla yağda qızardın.
Pomidorları fal-fal doğrayın. Bütün tərəvəzləri qarışdırın, duz, istiot, şəkər, sirkə qataraq qarışdırın.
Onu litrlik bankalara yığıb 30-35 dəqiqə sterilizə edin.
Bağlayın, sonra isə soyuyana qədər bir parçaya bükülü saxlayın.
Göstərilən miqdarda tərəvəzdən 6 banka salat alınır. 1 həftə saxlanıldıqdan sonra ləzzətlə yeyilə bilər.

Nuş olsun!
Etiketlər: sirkə, şəkər, doğrayın, istiot, sonra, dəqiqə, bitki, bolqar, qarışdırın, parçaya, Bağlayın, qədər, soyuyana, litrlik, tərəvəzləri, Bütün, qataraq, bankalara, yığıb, sterilizə
BİZİ İZLƏYİN