• Ton balığı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 20 849

Tarix : 17-08-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
170 q ton balığı konservi (suda, yaxud yağda)
3-4 iri kahı yarpağı
2 orta boy pomidor
240 q qarğıdalı konservi
170 q qara, dənəsiz zeytun
zeytun yağı (zövqə görə)
duz (zövqə görə)

Hazırlanması:
Kahı yarpaqlarını yuyub kağız salfetlə qurulayın.

Ton balığının suyunu süzüb çəngəllə əzin. Salat qabına qoyun.

Pomidorları yuyub qurulayın, kubik doğrayın, balığa əlavə edib azca duz vurun, qarışdırın (duzlu sevmirsinizsə, vurmasanız da olar).

Kahı yarpaqlarını iri doğrayıb salata əlavə edin.

Qarğıdalının suyunu süzüb əlavə edin.

Zeytunların da şirəsini süzüb salata əlavə edin. Zeytun yağı əlavə edib səliqəylə qarışdırın.

Nuş olsun!
Etiketlər: əlavə, süzüb, yarpaqlarını, zövqə, qurulayın, suyunu, zeytun, qarışdırın, yuyub, konservi, salata, duzlu, səliqəylə, vurun, balığa, Zeytun, sevmirsinizsə, doğrayın, Qarğıdalının, doğrayıb
BİZİ İZLƏYİN