• Toyuqlu-narlı salat resepti

Reseptin məlumatları Baxış sayı: 15 142

Tarix : 18-08-2016, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 dəstə kahı
1 toyuq filesi
1 yerkökü
1 qırmızı soğan
1 nar
100 q parmezan
1 lavaş (orijinalda - tortilya, lavaşla əvəz etmək olar)

sous:
1 dəstə keşniş
1 diş sarımsaq
qatıq
zeytun yağı
laym şirəsi
duz
istiot

Hazırlanması:
Kahı yarpaqlarını iri doğrayın.

Toyuq döşünü qızardıb kubik doğrayın.

Yerkökünü sürtgəcdən keçirin.

Qırmızı soğanı xırda doğrayın.

Pendiri sürtgəcdən keçirin.

Lavaşı (tortilyanı) nazik şəridlərə doğrayın.

Hamısını iri qabda qarışdırın.

Sous üçün olan ərzağı blenderdə xırdalayıb salata qatıb qarışdırın, süfrəyə verin.

Nuş olsun!
Etiketlər: doğrayın, qarışdırın, keçirin, sürtgəcdən, dəstə, Pendiri, tortilyanı, Lavaşı, Qırmızı, nazik, soğanı, xırda, şəridlərə, salata, qatıb, süfrəyə, verin, xırdalayıb, blenderdə, Hamısını
BİZİ İZLƏYİN