• Korrida salatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 647

Tarix : 21-08-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 pomidor
2 diş sarımsaq
1 qutu krab çöpləri
mayonez
1 banka qarğıdalı konservi
200 q yumşaq pendir
suxarı

Hazırlanması:
1-ci qat: pomidorları xırda kubik doğrayın, duz, sürtgəcdən keçirilmiş sarımsaq vurun. Pomidorun artıq şirəsini süzün. Pomidorları formaya düzüb üzərinə mayonez çəkin.

2-ci qat: krab çöplərini doğrayıb pomidorların üzərinə üzün, mayonez çəkin.

3-cü lay: qarğıdalı konservinin suyunu süzüb krab çöplərini üstündən döşəyin. Mayonez çəkin.

4-cü lay: pendiri sürtgəcdən keçirin, qarğıdalının üzərinə çəkin, mayonez vurun, suxarı səpin.

Nuş olsun!
Etiketlər: çəkin, mayonez, üzərinə, vurun, sürtgəcdən, suxarı, çöplərini, qarğıdalı, sarımsaq, konservinin, suyunu, pomidorların, doğrayıb, döşəyin, keçirin, qarğıdalının, səpin, pendiri, Mayonez, üstündən
BİZİ İZLƏYİN