• Kartoffelsalat – alman kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 973

Tarix : 29-08-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kiçik, quruluşu bərk olan kartof
1 çay qaşığı zirə
2 orta soğan
200 ml bulyon (kubikdən hazırlana bilər)
100 ml sirkə (alma sirkəsi də ola bilər)
100 ml günəbaxan yağı və ya üzüm toxumu yağı
2 dəstə yaşıl soğan
5-6 nazik dilim tərkibində az yağ olan,
hisə verilmiş bekon duz,
istiot

Hazırlanması:
Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin.
Soğanı kublara doğrayın.
Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin.
Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün.
Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin.
Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz.
Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin.
Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün.
Süfrəyə verilmə:
Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.

Nuş olsun!
Etiketlər: dilim, tökün, yaşıl, soğan, doğrayın, üzərinə, qabıqlı, qaynar, əlavə, birlikdə, dəqiqə, Kartofun, sonra, xırda, hissəsini, istiot, Süfrəyə, salatın, bilər, soğanın
BİZİ İZLƏYİN