• Provans salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 140

Tarix : 2-09-2016, 14:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q toyuq ciyəri
200 q təzə şampinyon
kahı
2 x.q. zeytun yağı
təzə reyhan, yaxud qurusu
1 x.q. balzamik sirkə
digər sevdiyiniz göyərti

Hazırlanması:
Ciyəri yuyun, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin, doğrayın.

Göbələyi də yuyub suyu çəkiləndən sonra doğrayın.
Qaraciyəri və göbələyi ayrı tavalarda qovurun, duz vurun. Onlar soyuyan müddətdə sous hazırlayın. Bunun üçün zeytun yağı, balzamik sirkə, doğranmış reyhanı (yaxud qurusunu) qarışdırın.

Kahını iri doğrayıb dərin salat qabına yığın. Üzərinə sous gəzdirin. Göbələk və ciyəri düzün. Yenidən üzərinə sous gəzdirin. Doğranmış göyərti səpin.

Provans salatı resepti - FOTO RESEPT

Provans salatı resepti - FOTO RESEPT

Provans salatı resepti - FOTO RESEPT

Provans salatı resepti - FOTO RESEPT

Provans salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: balzamik, göyərti, gəzdirin, doğrayın, yaxud, sirkə, zeytun, ciyəri, qarışdırın, Kahını, soyuyan, doğrayıb, qurusunu, müddətdə, Bunun, dərin, doğranmış, reyhanı, hazırlayın, Üzərinə
BİZİ İZLƏYİN