• Qartopu salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 038

Tarix : 20-01-2017, 21:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q feta
30 q parmezan
3 pomidor
1 xiyar
0,5 baş soğan
0,5 bolqar bibəri
1 avokado
kahı
2 x.q. zeytun yağı
0,5 ç.q. ədviyyat (ətirli göyərti qurusu)
1,5 ç.q. limon şirəsi
duz
istiot

Hazırlanması:
Əvvəlcə sousu hazırlayın: zeytun yağı, limon şirəsi, duz və ədviyyatı (Provans otları, həmçinin paprika) qarışdırın.

Pomidor, xiyar, soğan, bolqar bibəri və avokadonu doğrayın. Sousu əlavə edib qarışdırın. Dərin salat qabına yığın.
Kahı yarpaqlarını əlinizlə doğrayıb salatın üzərinə döşəyin.

Parmezan pendirini sürtgəcdən keçirin. Fetanı isə çəngəllə əzin. Əlinizi isladıb fetadan kürəciklər düzəldin, parmezan pendirinə batırın.

"Qartopu"ları kahının üzərindən düzün.

Qartopu salatı resepti - FOTO RESEPT

Qartopu salatı resepti - FOTO RESEPT

Qartopu salatı resepti - FOTO RESEPT

Qartopu salatı resepti - FOTO RESEPT

Qartopu salatı resepti - FOTO RESEPT

Qartopu salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şirəsi, zeytun, qarışdırın, bibəri, bolqar, limon, parmezan, xiyar, soğan, Parmezan, sürtgəcdən, keçirin, pendirini, üzərinə, əlinizlə, doğrayıb, salatın, Fetanı, döşəyin, kürəciklər
BİZİ İZLƏYİN