• Türk üsulu bulqur salatı (yaz salatı) resepti

Reseptin məlumatları Baxış sayı: 16 575

Tarix : 7-09-2016, 22:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 2 böyük su stəkanı dolusu (bokal da olar) incə yarma (bulqur)
- 2 böyük su stəkanı dolusu qaynar su
- 1 xörək qaşığı tomat pastası (salça)
- 1 şirin qaşığı bibər pastası (salça)
- 8-10 baş təzə soğan
- Yarım dəstə cəfəri
- 1/4 dəstə təzə nanə (təzəsi yoxdursa, 2 ç.q. quru nanə də ola bilər.)
- 2 pomidor
- 2 yaşıl, 2 qırmızı ətli bibər
- 2 limonun suyu
- Nar turşu (ekşisi)
- Yarım çay stəkanı zeytun yağı
- Duz

Hazırlanması:
- Bulquru bir kasaya qoyun, üzərinə bir çay qaşığı duz əlavə edin.
- İçərində salçaları əritdiyiniz 2 stəkan qaynar suyu bulqurların üzərinə əlavə edin.
- 20-30 dəqiqə ərzində, qapağı bağlı şəkildə istirahət etdirin.
- Bulqurlar bir kənarda şişerken, yaşıl və qırmızı bibərləri kub formasında doğrayın. Bir qaşıq yağ əlavə etdiyiniz tavada, az odda pörtdədin.
- Onlar tava qaldığı müddətdə, boyük kasaya incə-incə təzə soğanları, cəfəri və təzə nanəni doğrayın.
- Bulgurlar şişdikten sonra (20-30 dəqiqə), göyərtilərlə bulqurları qarışdırın. İçinə bibərləri də əlavə edin. Limonunu, nar turşunu və zeytun yağını da əlavə edib, qaşıqla yaxşıca qarışdırın.
- Ən son pomidorları də kub formasında doğrayıb salata əlavə edin. (Pomidor içini vurmaya da bilərsiniz. İç vurduqda salat sulu alınır.) Belə bir də son dəfə qarışdırıb, süfrəyə verin.
Qeyd: Salata kefinizə görə qırmızı pul bibər və ya Adi cirə (kimyon) kimi ədviyyatlar da qoya bilərsiniz. Bəziləri təzə soğan yerinə quru soğan qoyur. Bəziləri quru soğanı tavada pörtdədib elə qoyur. Bəziləri cəfəri yanında, şüyüd da əlavə edir. Siz əsas resepti anladıqdan sonra zövqünüzə görə öz reseptinizi yarada bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, soğan, cəfəri, qaşığı, bibər, bilərsiniz, stəkanı, qırmızı, Bəziləri, zeytun, kasaya, üzərinə, formasında, sonra, qarışdırın, qoyur, tavada, böyük, bibərləri, yaşıl
BİZİ İZLƏYİN