• Qırmızı lobya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 103 941

Tarix : 12-09-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qırmızı lobya - 500 q
Baş soğan - 2 ədəd
Qoz ləpəsi - 50 q
Keşniş - 5-10 ədəd (saplaq)
Nar - 1 ədəd
sarımsaq - 3 diş
duz,istiot - zövqə görə
duru yağ - 2-3 x.q

Hazırlanması:
- Lobyanı axşamdan yuyub, suda isladırıq
- Səhər Lobyaya duz əlavə edib bişiririk
- soğanı təmizləyib, kvadrat şəklində xırda-xırda doğrayırıq
- tavaya duru yağ töküb, duz,istiot səpirik və qızılı rəng alana qədər qovururuq
- lobyanın suyunu süzüb, soğana əlavə edirik və 5-7 dəq qovururuq (çalışmaq lazımdır ki, lobyalar əzilməsin)
- qoz ləpəsini xırda-xırda doğrayırıq
- qaba lobya-soğanı və qoz ləpəsini tökürük
- üzərinə xırda doğranmış keşniş, əzilmiş sarımsaq və nar dənələrini əlavə edirik
- yaxşıca qarışdırıb süfrəyə veririk.
Soyuq şəkildə də süfrəyə vermək olar.
*Lobya köp verməsin deyə, bişirərkən su qaynamağa başlayan kimi suyunu süzürük, sonra soyuq su əlavə edib, yenidən qaynadırıq. Bu cür 3 dəfə etdikdən sonra tam bişənə qədər bişiririk.

Nuş olsun!
Etiketlər: xırda, əlavə, bişiririk, qədər, soğanı, ləpəsini, süfrəyə, doğrayırıq, qovururuq, suyunu, edirik, lobya, istiot, sarımsaq, sonra, üzərinə, tökürük, veririk, qarışdırıb, doğranmış
BİZİ İZLƏYİN