• Mərakeş salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 307

Tarix : 24-07-2014, 02:33

Bölmə : Salatlar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q təzə xırda kartof
16 iri dənəli qara zeytun
1 orta boy şirin soğan
1 dəstə cəfəri

Sous:
4 x.q. limonu şirəsi
1/2 ç.q. zeytun yağı
1/2 ç.q. şirin qırmızı istiot
1 çimdik zirə, acı qırmızı istiot, duz

Hazırlanması:
Kartofu şotka ilə tərtəmiz yuyun. Üstünə qaynar su tökün, ocağın üstünə qoyun, qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Suyunu süzün, kartofu qurudun. Xırda kartofları olduğu kimi saxlayın, bir az irilərini 2, yaxud 4 bölün.
Sous üçün lazım olan ərzaqları qarışdırın, isti kartofun üstünə töküb qarışdırın.
Soğanı çox nazik halqalara doğrayın. Cəfərinin yarpaqlarını yolun, budaqlarını atın.
Zeytunu bıçağın enli tərəfi ilə əzin, dənəsini çıxarın.
Soğanı, zeytunu, cəfərini kartofla qarışdırın.
Süfrəyə isti və ya soyuq halda verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırın, istiot, Soğanı, qırmızı, şirin, üstünə, zeytun, Cəfərinin, töküb, nazik, halqalara, doğrayın, kartofun, yaxud, irilərini, bölün, lazım, yarpaqlarını, ərzaqları, saxlayın
BİZİ İZLƏYİN