• Mərciməklə balıq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 267

Tarix : 19-01-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
sous:
2 x.q. balzamik sirkə
6 x.q. zeytun yağı
duz
qara istiot

salat:
200 q qəhvəyi, yaxud yaşıl mərcimək
150 q tilapiya filesi
200 q çerri pomidoru
150 q şampinyon
1 avokado
kahı
reyhan (bəzək üçün)

Hazırlanması:
Sous üçün ərzağı bir bankaya yığın, qapağını bağlayıb çalxalayın.

Mərciməyin üzərinə soyuq su töküb ocağa qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Ocaqdan götürüb süzün, soyudun.

Tilapiyanı qaynayan suda 3-5 dəqiqə bişirin (bişmə vaxtı filenin qalınlığından asılıdır). Çıxarıb soyudun, iri tikələrə doğrayın.

Şampinyonları fal-fal doğrayın, çiy sevmirsinizsə, qızardın.

Mərcimək, çerri pomidorları, doğranmış avokado, şampinyonu bir qaba yığın. Sousdan 1-2 x.q. ayırıb qalanını salatla qarışdırın (çalışın avokado əzilməsin).

Kahı yarpaqlarını buluda düzün. Üzərinə salatı təpələmə yığın. Balıq tikələrini düzüb üzərinə sousun qalanını gəzdirin, reyhanla bəzəyin.

Nuş olsun!
Etiketlər: yığın, avokado, üzərinə, dəqiqə, bişirin, qalanını, doğrayın, çerri, soyudun, doğranmış, pomidorları, Mərcimək, şampinyonu, Sousdan, sirkə, ayırıb, qızardın, sevmirsinizsə, asılıdır, qalınlığından
BİZİ İZLƏYİN