• Qırmızı kələm şoraba-salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 007

Tarix : 1-11-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 ağ kələm
1 l su
2 çuğundur
250 ml alma sirkəsi
2 çili istiotu
2 sarımsaq
150 ml günəbaxan yağı
2 x.q. duz
1 ç.q. şəkər tozu

Hazırlanması:
Kələmin üzərindəki qaba yarpaqları götürün. Ortasını kəsib çıxarın. Kələmi ölçüsünə görə 6-8 hissəyə bölün.
Çuğunduru ortadan bölüb fal-fal doğrayın. Sarımsağı napnazik, istiotu halqa doğrayın. Ərzağı növbələyərək qazana yığın - kələm, çuğundur, sarımsaq, çili istiotu. Ən axırıncı lay çuğundur olmalıdır.
Suyu yağla qarışdırın, duz, şəkər tozu əlavə edin, qaynadın. Sirkə töküb soyudun. Bu marinadı tərəvəzin üzərinə tökün, üzərinə enli boşqab, onun da üzərinə 1-2 kq ağırlıqda yük qoyun. 2-3 gün otaq temperaturunda saxlayın. Sonra yükü götürüb kələmi bir sutka (boşqabı ağzından götürmədən) soyuducuda saxlayın. Vəssalam, bu müddətə kələm şorabası hazır olacaq.
Belə şorabanı soyuducuda 2 həftə saxlamaq olar.

Nuş olsun!
Etiketlər: kələm, istiotu, üzərinə, çuğundur, şəkər, saxlayın, soyuducuda, sarımsaq, doğrayın, ağırlıqda, temperaturunda, qoyun, tərəvəzin, soyudun, töküb, marinadı, Sonra, tökün, boşqab, boşqabı
BİZİ İZLƏYİN