• Bonito salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 548

Tarix : 5-11-2016, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q toyuq filesi
3 yumurta
130 q koreya üsulu yerkökü
100 q pendir
mayonez
göyərti (bəzək)
duz

Hazırlanması:
Toyuq filesini qaynadın. Elə bulyonunda da soyudun (onda file quru olmur). Soyuyandan sonra uzun-uzun doğrayın. Salat qabının dibinə döşəyin. Üzərinə mayonez çəkin.

İkinci lay - koreya üsulu yerköküdür. Yenə mayonez çəkin.

Pendiri sürtgəcin xırda gözündən keçirin. Mayonezin üzərindən döşəyin.

Yumurta ağlarını sürtgəcdən keçirib pendirin üzərinə döşəyin, mayonez çəkin.

Sonuncu lay sürtgəcin xırda gözündən keçirilmiş yumurta sarılarıdır.

Bəzək kimi koreya üsulu yerkökü və göyərtidən istifadə edə bilərsiniz. Konditer şprisinin köməyilə mayonezdən güllər qoyub ətrafını yerkökü və göyərti ilə bəzəyin. Süfrəyə verməzdən öncə salatı 2 saat otaq temperaturunda saxlamaq lazımdır.

Bonito salatı resepti - FOTO RESEPT

Bonito salatı resepti - FOTO RESEPT

Bonito salatı resepti - FOTO RESEPT

Bonito salatı resepti - FOTO RESEPT

Bonito salatı resepti - FOTO RESEPT

Bonito salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: mayonez, yerkökü, çəkin, üsulu, koreya, döşəyin, xırda, sürtgəcin, gözündən, yumurta, göyərti, lazımdır, Bəzək, göyərtidən, istifadə, bilərsiniz, sarılarıdır, keçirilmiş, keçirib, pendirin
BİZİ İZLƏYİN