• Sandviç salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 875

Tarix : 8-11-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kahı yarpaqları
1 ədəd pomidor
1 ədəd qırmızı baş soğan
1 diş sarımsaq
1 x/q zeytun yağı
yarı limon şirəsi
pendir
qara zeytun
duz
təzə əzilmiş istiot

Hazırlanması:
Bu resept daha çox salat resepti deyil, salatın süfrəyə bəzəkli verilməsi reseptdir.
1. İnqredientlər hazırlanır.
2. Pomidor və kahı yuyulub qurudulur. Yağ, əzilmiş sarımsaq və limon şirəsi qarışdırılır.
3. Kahının iri yarpaqları seçilir.
4. Soğan halqa şəklində doğranılır və hər kahı yarpağına cüt soğan halqası düzülür.
5. Yarpaqlar öncə hazırlanan limonlu şirə ilə yağlanır. Duz və istiot əlavə edilir.
6. Üzərinə bir qədər xırda kahı yarpağı əlavə edilir, onunda üzərinə pomidor dilimi və pendir. Yenidən duz, istiot əlavə edilir və limonlu şirə ilə yağlanır. Hamısı diş çöpü və qara zeytunla bağlanır.
7. Və budur salat hazırdır! Kahı yarpaqlarının üzərinə zövqə görə müxtəlif içlik əlavə edilə bilər.

Nuş olsun!
Etiketlər: əlavə, edilir, istiot, limonlu, soğan, pomidor, yarpaqları, üzərinə, yağlanır, salat, sarımsaq, zeytun, limon, şirəsi, əzilmiş, pendir, onunda, yarpağı, Üzərinə, dilimi
BİZİ İZLƏYİN