• Yunan salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 30 544

Tarix : 16-11-2016, 12:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd pomidor
1 ədəd bibər
10 ədəd zeytun
2 ədəd xiyar
300 qr pendir
1 ç.q oriqano
5 m.l zeytun yağı
1 baş soğan

Hazırlanması:
Əvvəlcə, xiyarı soyur və şəkildəki formada doğrayırıq. Daha sonra pomidorları doğrayır və qarışdırırıq, üzərinə biraz zeytun yağı əlavə edirik. Çalışmaq lazımdır ki, salatı əlinizlə qarışdırasınız.

Yunan salatı resepti - FOTO RESEPT

Yunan salatı resepti - FOTO RESEPT


Yaşıl bibər və soğanları doğrayır, ilk addımdakı tərəvəzlərlə qarışdırır və zeytun yağı tökürük.

Yunan salatı resepti - FOTO RESEPT

Yunan salatı resepti - FOTO RESEPT


Zeytunların çəyirdəklərini çıxardıb salata əlavə edirik. İndi isə növbədə Feta pendirini doğramaqdır. Pendiri böyük ölçüdə doğramağa çalışın, çünki yunan salatını digərlərindən fərqləndirən ərzaqların böyük ölçüdə doğranılmasıdır. Doğradığımız tərəvəzləri qarışdırırr, üzərinə zeytun yağı əlavə edir və pendiri qoyuruq. Sonda isə salata özünəməxsus dad verən origano ədviyyatını tökməyi unutmayın. Beləcə, yunan salatımız hazırdır.

Yunan salatı resepti - FOTO RESEPT

Yunan salatı resepti - FOTO RESEPT

Yunan salatı resepti - FOTO RESEPT

Yunan salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, əlavə, edirik, yunan, böyük, salata, doğrayır, ölçüdə, üzərinə, bibər, Beləcə, çünki, salatını, digərlərindən, fərqləndirən, çalışın, doğramağa, doğramaqdır, Pendiri, hazırdır
BİZİ İZLƏYİN