• Fantaziya salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 306

Tarix : 19-11-2016, 20:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq döşü
3 yumurta
2 kartof
4 marinə edilmiş xiyar
1 banka marinə edilmiş şampinyon
80 q bərk pendir
mayonez
duz

bəzək:
qarğıdalı
göyərti
yumurta ağı

Hazırlanması:
Toyuq ətini suda bişirib soyudun. Yumurtaları suda bişirib təmizləyin. Kartofu suda qabıqlı bişirin, təmizləyin. Marinə edilmiş göbələyin suyunu süzün.
Yastı qabın içinə hündür dairəvi halqa formanı (kənarları hamar olsun deyə) qoyun. Kartofu sürtgəcin iri gözündən keçirin. Duz vurub mayonez çəkin.
Xırda doğranmış toyuq ətini döşəyin, mayonez çəkin.
Göbələyi döşəyin.
Xırda doğranmış yumurtaları göbələyin üzərinə döşəyib azca basın, mayonez çəkin.
Marinə edilmiş xiyarları xırda kubik doğrayıb döşəyin.
Salatın üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin. Üzərinə qida plyonkası çəkib soyuducuda 1-2 saat saxlayın.
Salatın kənarındakı halqanı çıxarıb üzərini zövqünüzə görə bəzəyin. Şəkildəki qaydada da bəzəyə bilərsiniz.

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT

Fantaziya salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: edilmiş, mayonez, döşəyin, çəkin, təmizləyin, üzərinə, bişirib, Salatın, Kartofu, Marinə, ətini, xırda, göbələyin, toyuq, keçirin, doğranmış, Xırda, marinə, gözündən, yumurta
BİZİ İZLƏYİN