• Ətli xiyar salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 368

Tarix : 7-08-2014, 21:44

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq xiyar
600 q mal əti
1 ortaboy baş soğan
3-4 x.q. duz
2 baş sarımsaq
qara istiot
çili istiotu
bıçağın ucunda natrium-qlütamat (onsuz da olar)

Hazırlanması:
Əti kubik doğrayın. Soğanla birlikdə qovurun, azca duz, istiot vurun, sonra isə az-az su əlavə edərək vam odda 2-3 saat bişirin.
Ətli xiyar salatı resepti - FOTO RESEPT


Ət hazır olana bir saat qalmış xiyarları yarımhalqa doğrayın, 2 x.q. duz əlavə edin, sonra az olarsa, yenə əlavə edin. Ara-sıra qarışdırın ki, duzu çəksin. Son dadı duzlu xiyar kimi olacaq.
Ətli xiyar salatı resepti - FOTO RESEPT


Xiyarın ayrılan şirəsini süzün.

Sarımsağı əzin. Sarımsağı, qara istiotu (10 q), qırmızı istiotu xiyara əlavə edin. (Reseptin orijinalında natrium-qlütamat da var, ancaq onu əlavə etməsəniz də olar).
Ətli xiyar salatı resepti - FOTO RESEPT

Ətli xiyar salatı resepti - FOTO RESEPT


Əti içində bişdiyi şirəsi ilə birlikdə xiyara əlavə edib qarışdırın. Soyuducuda bir gecə saxlayın. Bu salatı şüşə bankalarda 3-4 gün də saxlamaq olar.
Ətli xiyar salatı resepti - FOTO RESEPT

Ətli xiyar salatı resepti - FOTO RESEPT

Ətli xiyar salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, istiotu, qlütamat, Sarımsağı, doğrayın, birlikdə, sonra, xiyara, natrium, qarışdırın, istiot, xiyar, Xiyarın, orijinalında, Reseptin, ayrılan, şirəsini, qırmızı, süzün, içində
BİZİ İZLƏYİN