• Badam ləpəsi ilə ətli salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 227

Tarix : 4-12-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
½ ədəd qırmızı baş soğan
¼ dəstə aysberq kələmi
30 qr badam ləpəsi
1 ədəd qırmızı turp
2 x.q. zeytun yağı
1 ədəd təzə xiyar
1 ədəd pomidor
100 qr can əti
½ dəstə kahı
1 ədəd kök
Duz, istiot

Marinad üçün:
0,5 ç.q. xardal
0,5 ç.q. paprika
1 x.q. zeytun yağı
1 x.q. limon suyu
Duz, istiot

Hazırlanması:
Marinadın hazırlanması:
Yağın üzərinə xardal, paprika, limon suyu, duz və istiot əlavə edilib qarışdırılır.
Ət uzunsov doğranıb 1 saat marinadda saxlanır.
Marinad olunmuş ət 1 x.q. zeytun yağında qızardılır.

Salatın hazırlanması:
Badam qaynar suya salınır.
Qabığı təmizlənir, yağsız qovrulub xırdalanır.
Kahı və aysberq kələmi əllə parçalanır.
Soğan və turp halqavarı, pomidor və xiyar xırda doğranır.
Tərəvəzlərin üzərinə xırdalanmış badam, 1 x.q. zeytun yağı, duz, istiot əlavə edilib qarışdırılır.
Salat boşqaba yığılıb, üzərinə qızarmış ət düzülür.
Hazır salatın üstünə sürtgəcdən keçirilimiş kök qoyulub servis edilir.

Nuş olsun!
Etiketlər: istiot, zeytun, üzərinə, hazırlanması, limon, paprika, əlavə, aysberq, qırmızı, qarışdırılır, xardal, edilib, kələmi, badam, Marinad, xiyar, dəstə, pomidor, Soğan, boşqaba
BİZİ İZLƏYİN