• Avokado salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 255

Tarix : 2-12-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
10 qr “Aysberq” kələmi
½ hissə avokado
1 ədəd pomidor
¼ hissə portağal
20 ml balzamik sirkə
5 qr rukola
1 ədəd xiyar
2 yarpaq kahı
¼ dəstə reyhan
20 ml zeytun yağı
Duz, istiot

Hazırlanması:
Avokadonun qabığı soyulub kubvarı doğranır. Pomidor 4 hissəyə bölünür. Kahı, reyhan və “Aysberq” kələmi əllə parçalanır. Portağal dilimlənir. Ərzaqlar qaba yığılır, üzərinə balzamik sirkə, zeytun yağı, duz və istiot əlavə olunub qarışdırılır. Xiyar uzununa dilimlənib boşqaba halqa şəklində düzülür. Salat xiyarın içərisinə yerləşdirilir, rukola ilə bəzədilib servis edilir.

Nuş olsun!
Etiketlər: rukola, sirkə, reyhan, istiot, balzamik, zeytun, hissə, kələmi, uzununa, dilimlənib, boşqaba, Xiyar, əlavə, olunub, qarışdırılır, halqa, düzülür, içərisinə, yerləşdirilir
BİZİ İZLƏYİN