• Ciyər salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 229

Tarix : 6-12-2016, 12:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
200qr toyuq ciyəri
1 ədəd baş soğan
1 diş sarımsaq
1ədəd pomidor
¼ dəstə cəfəri
50ml limon suyu
30ml narşərab
40ml zeytun yağı
Duz

Qarnir üçün:
Qarışıq göyərti

Hazırlanması:
Soğan yarımhalqa, sarımsaq, pomidor və cəfəri xırda doğranır. Qızdırılmış tavaya yağ tökülür, ciyər əlavə olunub qovrulur. Üzərinə soğan və sarımsaq tökülüb qızardılır. Qovrulmuş qarışığa limon suyu, narşərab qatılıb qarışdırılır. Sonda pomidor, cəfəri əlavə edilir duz səpilib qovrulur. Salat isti halda qarışıq göyərti ilə birlikdə servis edilir.

Nuş olsun!
Etiketlər: cəfəri, pomidor, sarımsaq, limon, qovrulur, narşərab, edilir, göyərti, əlavə, soğan, Qovrulmuş, qarışığa, qızardılır, Üzərinə, tökülüb, qatılıb, Salat, birlikdə, servis, qarışıq
BİZİ İZLƏYİN