• Badımcan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 46 668

Tarix : 8-12-2016, 20:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 ədəd orta boy badımcan
3 ədəd pomidor
1-2 ədəd bibər
250 qr toyuq filesi
keşniş
şüyüd
bitki yağı
mayonez
duz , istiot

Hazırlanması:
Badımcan incə uzunsov doğranıb, bitki yağında hər iki tərəfli qızardılır. Toyuq filesi suda bişirilib didilir. İçlik üçün pomidor, bibər və göyərtilər doğranır, duz, istiot səpilib qarışdırılır. Qızarmış badımcan bir lay qaba düzülür, üzərinə duz, istiot səpilib, mayonez çəkilir. Mayonezin üzərinə içlik tökülüb, təkrar badımcan düzülür. Salat eyni qayda ilə 2 və ya 3 qat hazırlanır. Ən üstə yenə qızardılmış badımcan düzülüb soyuducuya qoyulur.

Nuş olsun!
Etiketlər: badımcan, istiot, bitki, mayonez, düzülür, üzərinə, pomidor, səpilib, bibər, filesi, içlik, Mayonezin, çəkilir, tökülüb, hazırlanır, düzülüb, soyuducuya, qoyulur, qızardılmış, Qızarmış
BİZİ İZLƏYİN