• Chicken Blues salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 402

Tarix : 16-12-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
2-3 xıyar
2-3 pomidor
2 dəstə kahı
400-500q toyuq filesi
mayonez
holland pendiri

Hazırlanması:
Toyuq filesini xırda kublara doğrayıb, orta qazda zeytun yağı ilə qapağı örtmədən(!), duzlayıb, qızardın. Pomidoru və xıyarı doğrayıb, bir qaba boşaldın. Kahını əlinizlə qırıb qaba əlavə edin. Toyuq filesini və mayonezi əlavə edərək, salatı bir az duzlayıb, yaxşıca qarışdırın. Holland pendirini salatın üzərinə sürtgəcdən keçirdin.

Nuş olsun!
Etiketlər: doğrayıb, əlavə, duzlayıb, Toyuq, filesini, sürtgəcdən, mayonezi, qırıb, keçirdin, Kahını, əlinizlə, edərək, üzərinə, qarışdırın, Holland, salatın, boşaldın, salatı, yaxşıca, pendirini
BİZİ İZLƏYİN